...

İranın Gülüstan Milli Parkında baş verən yanğın hələ də davam edir

Dünya xəbərləri Materials 16 Avqust 2008 10:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust / Trend / İranın Şimali Xorasan vilayətinin Gülüstan Milli Parkında cümə günü günorta saatlarından başlayan yanğın bü gün də davam edir. Yanğınsöndürənlər yanğını sondürməkdə çətinlik çəkirlər. Bu barədə İranın "İRİNN" xəbər kanalı məlumat yayıb.

İranın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gülüstan vilayəti üzrə rəhbəri bildirib ki, Gülüstan Yanğınsöndürmə İdarəsinin əməkdaşları da Şimali Xorasan Yanğınsöndürmə İdarəsinin əməkdaşlarına kömək üçün regiona göndərilib.

Yanğının səbəbləri araşdırılır.

Gülüstan Milli Parkı 91 min hektar ərazidə, Gülüstan vilayətinin şərqində yerləşir. Parkın yarısı Şimali Xorasan və Simnan vilayətlərinin ərazisində, yarısı da Gülüstan vilayətinin ərazisində yerləşir.

Xəbər lenti

Xəbər lenti