...

Bu gün İsrailin baş naziri Ehud Olmert istefası barədə bəyan edəcək

Dünya xəbərləri Materials 21 Sentyabr 2008 12:13 (UTC +04:00)
Bu gün İsrailin baş naziri Ehud Olmert istefası barədə bəyan edəcək

Bu gün İsrailin baş naziri Ehud Olmert hökümətin iclasında istefası barədə bəyanat yayacaq və İsrail prezidenti Şimon Peresə müraciət edəcək, "Jerusalem Post" qəzeti xəbər verir. Çox guman ki, BMT-nın Baş Assambleyasınn sesiyasına getməzdən əvvəl Şimon Peres Sipi Livniyə yeni hökümətin formalaşdırılmasını tapşıracaq.

Sorğuya əsasən İsrailin XİN başçısı partiya üzvlərinin səslərinin 49 faizini, Şaul Mofaz - 37 faizini, Avi Dixter və Meir Şitrit isə hərəyə 7 faiz qazanıblar. Seçki məntəqələrinə "Kadima"nın cəmi 50 faiz üzvü (36 min adam) təşrif buyurub. Müstəqil şərhçilər iqtidar partiyası üzvlərinin fəallığının həddən artıq aşağı olduğunu bildirirlər. Güman olunur ki, Livni Olmerti baş nazir postunda əvəz edəcək və İsrail tarixində əfsanəvi Qolda Meyrdən sonra bu posta yiyələnən ikinci qadın olacaq.

2008-ci ilin iyulun 30-da İsrailin baş naziri Ehud Olmert, Qütsdə öz iqamətkahında jurnalistlərin qarşısında çıxış edərkən, bildirib ki, partiyanın yeni lideri seçilən kimi, o yeni hökümətin formalaşmasına heç bir maniyə törətməyəcək. Olmertin Kadamanın praymerizində iştirak etməsi gözlənilməz deyildi. Baş nazirin rüşvətxorluqda gönahlandırılması ilə əlaqədar yaranan siyasi böhrən Olmertin istefasına və çox guman ki, ilin sonuna kimi İsraildə vaxtından əvvəl parlament seçkilərinə gətirib çıxardacaq.

Əgər Sipi Livni 42 gün ərzində yeni höküməti formalaşdırmağı bacarmasa, İsraildə yeni seçkilər keçiriləcək. Livni bildirib ki, seçkilərə can atmır, lakin başqa çıxış yolu olmasa bu variantada istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti