...

Növbədənkənar parlament seçkiləri Viktor Yuşşenkonun prezident vəzifəsini itirməsi ilə nəticələnə bilər

Dünya xəbərləri Materials 27 Sentyabr 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend , müxbir E.Tariverdiyeva/ Növbədənkənar parlament seçkiləri Viktor Yuşşenkonun prezident vəzifəsini itirməsi ilə nəticələnə bilər.
"Növbədənkənar parlament seçkiləri, həqiqətən, Yuşşenkonun təşəbbüsüdürsə, o, məsuliyyətsizdir! Onun partiyasının seçicilər arasında o qədər də nüfuzu yoxdur", - Britaniyanın Chatham Analitik Mərkəzinin Ukrayna üzrə eksperti Endrü Uilson (Andrew Wilson) telefonla Trend - a bildirib.
 Ukrayna parlamentində siyasi böhran sentyabrın əvvəlində "Bizim Ukrayna" (Bizim Ukrayna - Xalq Özünümüdafiə - BUXÖ) və Yuliya Timoşenko Bloku (YTB) arasında koalisiyanın dağılması ilə başlayıb. BUXÖ partiyası sentyabrın əvvəlində YTB -nin müxalifət Regionlar partiyası ilə birlikdə prezidentin səlahiyyətlərini məhdudlaşdıran Qanun layihələrinin lehinə səs verməsinə etiraz əlaməti olaraq, koalisiyadan çıxıb. Mövcud Konstitusiyaya əsasən, yeni hakim koalisiya yaradılmazsa, Ukrayna prezidenti parlamenti buraxa bilər. İndi ölkə növbədənkənar parlament seçkilərinin mümkünlüyü  qarşısında qalıb.
 Prezident Yuşşenko parlament partiyalarını hakim koalisiyanı qəsdən dağıtmaqda ittiham edir.
 Ukraynada siyasi böhranı qızışdıran qüvvələr cari ilin dekabrında növbədənkənar prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsinə nail olmaq istəyirlər, - Yuşşenko çərşənbə axşamı Nyu -Yorkda ABŞ - ın Milli Coğrafiya Cəmiyyətinin və Xarici Münasibətlər Şurasının nümayəndələri ilə görüşdə bildirib, - "UNİAN" xəbər verir.
  YTB - nin parlamentdəki hərəkətləri, həqiqətən də, prezidentin təmsilçi fiqura çevrilməsinə və Ukraynanı prezidentli parlament respublikasına çevirməyə yönəlmişdi.

İkifraksiyalı parlamentin yaradılması regionallar və YTB - nin maraqlarındadır ki, bu da faktiki  olaraq Ukraynanın iki hissəsinin Timoşenkonun  və Yanukoviçin partiyaları tərəfindən təmsil olunacağı parlamentli respublikaya çevrilməsi demək olacaq.

Hadisələrin müxtəlif inkişaf variantlarını nəzərdən keçirən ekspertlər güman edirlər ki, Ukraynada "növbəti növbədənkənar" parlament seçkiləri prezident Yuşşenkonun özündən başqa, demək olar ki, bütün digər siyasi qüvvələrə faydalı olacaq. Bəzi proqnozlara əsasən, bu, Yuliya Timoşenkonu prezident vəzifəsinə gətirəcək növbədənkənar prezident seçkiləri ilə nəticələ bilər.


Yuşşenkonun partiyasının hazırda seçicilərin dəstəyinə malik olmadığını nəzərə almaqla, onun növbədənkənar parlament seçkiləri keçirmək istəyi müşahidəçiləri təəccübləndirir. Britaniyalı ekspert Uilsonun rəyinə görə, Yuşşenkonun parlament seçkiləri keçirmək istəyi öz maraqlarını güdən ətrafındakıların diktəsidir.
  Bu onun həmkarının, Ukrayna prezidenti Katibliyinin rəhbəri Viktor Baloqanın incə planı ola bilər, - Uilson hesab edir, o, öz partiyasını qələbəyə gətirmək ümidilə yeni seçkilərin keçirilməsində daha maraqlı olmalıdır.

Baloqanın Vahid mərkəz  partiyası 2007 - ci ilin martında yaradılıb. Yaxın vaxtlarda prezident Katibliyinin rəhbərinin əli ilə yaradılan bu partiyaya bir neçə digər partiya da - Xalq - demokratik partiyası, həmçinin digər "cırtdan" partiyalar qoşulacaq. Bundan əlavə, qubernatorlar və Nazirlər Kabinetinə qarşı aqressiv əhvalda olan "Bizim Ukrayna"dan olan deputatların da "mərkəzçilərin" sıralarını artıracağı gözlənilir.

"Bu partiya əvvəlki seçkilərdə olmayıb və ola bilsin, bu, cənab Boloqanın planının bir hissəsidir ki, yeni seçkilərdə onun partiyası səslərin əksəriyyətini qazanacaq", - ekspert bildirib.
Növbədənkənar seçkilər parlament respublikasının yaradılmasının da qarşısını alacaq ki, bu da Ukrayna siyasətinin əsas oyunçuları - Timoşenko və Yanukoviç üçün başlıca nəticədir. Bu. Yuşşenkonu real səlahiyyətləri olmayan prezidentə çevirəcək.

Ukraynalı ekspert Viktor Nebojenko hesab edir ki, Yanukoviç və Timoşenkonun partiyası parlament respublikasının bərqərar olmasına nail olarsa, bu, Yuşşenko ilə hesablaşmaq üsulundan başqa heç bir şey olmayacaq.

Lakin rusiyalı politoloq Viktor Pribılovski hesab edir ki, növbədənkənar parlament seçkiləri siyasi quruluşu prinsip etibarilə dəyişməyəcək.

"Növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edən Yuşşenko, hazırda Ukrayna üçün kifayət qədər təbii olan parlament sistemini saxlamağa və beləliklə hakimiyyətdə qalmağa çalışır", - rusiyalı ekspert Viktor Pribılovski hesab edir. "Yenədə hazırda Yuşşenko və "Bizim Ukrayna" blokunun təmsil etdiyi biri daha millətçi olan üç siyasi qüvvə olacaq", - "Panorama" informasiya-tədqiqat mərkəzinin prezidenti Pribılovski Moskvadan telefonla Trend -a bildirib.
  Başqa təhlükə də var. Yuşşenko növbədənkənar seçkilər təyin edərsə, güman ki, parlamentdəki böhran növbədənkənar prezident seçkilərinə gətirsin. Və bu halda prezidentliyə ən ağlabatan namizəd Yuliya Timoşenko olacaq. Reuters-in məlumatına əsasən, Ukraynaın Baş naziri Yuliya Timoşenko bu gün demokartik koalisiya formalaşdırmaq mümkün olmazsa, prezident və parlament seçkilərinin eyni zamanda keçirilməsi lehinə çıxış edir.
  Pribılovski hesab edir ki, bir siyasətçi kimi, Yuşşenkonun sonu çatıb. "Timoşenkoya gəldikə isə, onun haqqında əvvəllər deyiblər ki, Yuliya Timoşenko Ukraynanın siyasətində yeganə kişidir", - ekspert bildirib. Britaniyalı ekspert də hesab edir ki, Timoşenkonun prezident olmaq şansları kifayət qədər yüksəkdir. Timoşenko favorit olacaq, - Uilson hesab edir, -Yuşşenkonun reytinqi çox aşağıdır.
 "Prezidentlik Ukraynanın istənilən güclü siyasətçisinin qanındadır və bu gün Yuşşenko və Yanukoviçlə müqayisədə, elektoratı daha bacarıqla manipulyasiya edə bilən Timoşenkonun daha çox şansı var", - ukraynalı ekspert Nebojenko bildirib.

Materialın hazırlanmasında E.Ostapenko (Bakı), Z.Novosvitski (Kiyev) iştirak ediblər

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti