...

ABŞ dövlət katibi Ağ Evin yeni administrasiyasının Qazaxıstanla yaxın münasibətlərin qoruyub saxlayacağından əminliyini bildirib

Dünya xəbərləri Materials 5 Oktyabr 2008 20:28 (UTC +04:00)
ABŞ dövlət katibi Ağ Evin yeni administrasiyasının Qazaxıstanla yaxın münasibətlərin qoruyub saxlayacağından əminliyini bildirib

Azərbaycan, Bakı, 5 oktyabr / Trend / ABŞ dövlət katibi Kondoliza Rays Ağ Evin yeni administrasiyasının Qazaxıstanla yaxın münasibətlərin qoruyub saxlayacağından əminliyini bildirib. İTAR-TASS agentliyinin xəbər verdiyi kimi, bunu Rays Qazaxıstanın baş naziri Kərim Məsimovla keçirdiyi görüşdən sonra deyib.

Görüş zamanı iqtisadi əməkdaşlığın gələcək inkişafı müzakirə edilib. Rays deyib ki, їQazaxstan regionda vacib rol oynayan ölkədirї.

Məsimov bildirib ki, Qazaxıstan, enerji resurslarının Azərbaycan və Gürcüstan ərazilərindən də keçməyini nəzərdə tutan çoxvektorlu siyasətin tərəfdarı olaraq qalır.

Sonra tərəflər Qazaxıstanın Əfqanıstana sərmayə yatırması məsələsini də müzakirə ediblər.

Rays Qazaxıstanın İraqdakı sülhməramlılarının xidmətinə görə də təşəkkürünü bildirib.

Tərəflər iki ölkə arasında münasibətlərin inkişafını təsdiq ediblər.   

Xəbər lenti

Xəbər lenti