...

BMT Gürcüstandakı münaqişənin yalnız humanitar məsələlərini həll etməyə qadirdir

Dünya xəbərləri Materials 10 Oktyabr 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbir E.Ostapenko, E.Tariverdiyeva/ BMT-nin regiondakı bütün missiyaların səylərini uzlaşdırmsı və humanitar problemlərin həll etməsi Gürcüstandakı ərazi münaqişələrinin tənzimlənməsində onun üçün daha səmərəli ola bilər.

їBMT bütün münaqişə iştirakçılarının hərəkətlərini dügün şəkildə uzlaşdıra bilərї, - Cənubi Qafqaz ölkələri üzrə avropalı ekspert Liçiniya Simao (Licinia Siamo) hesab edir.

Oktyabrın 15 - də Cenevrədə Gürcüstandakı vəziyyətin və BMT - nin münaqişədəki gələcək rolunun müzakirəsi üzrə beynəlxalq danışıqlar keçiriləcək. Bundan bir gün əvvəl BMT Baş katibi Pan Gi Munun, Aİ - nin xarici siyasət üzrə Ali komissarı Xavyer Solana, Fransanın (Aİ - nin sədri)  xarici işlər naziri Bernar Kuşner və ATƏT - in hazırki sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubbun görüşü baş tutacaq.

BMT - nin Gürcüstandakı münaqişələrin həllində fəal iştirak etmək istəyi hazırki mərhələdə qaçqınların qaytarılması, hərbi əməliyyatlardan zərər çəkmiş əhaliyə yardımın göstərilməsi və vurulan zərərin ləğvində müsbət nəticə verə biləcəyi barədə ekspertlər eyni rəydədirlər.

BMT ї müharibənin vurduğu zərərin azaldılması üzrə səylərin bərpasında, həmçinin, Aİ -nin keçirdiyi konfransların dəstəklənməsində və ehtiyacı olan əhaliyə yardım üçün BMT-nin vəsaitlərinin yerləşdirilməsində mərkəzi fiqurdur, - Avropa Siyasi Araşdırmalar Mərkəzinin Cənubi Qafqaz ölkələri üzrə eksperti Simao elektorn poçtla Trend - a bildirib.

Milli Strategiya İnstitutunun (Moskva) prezidenti Mixail Remizov da əmindir ki, BMT - nin vasitəsilə yalnız humanitar məsələlərin həlli mümkündür. O bunu belə izah edir ki, siyasi münaqişələrin nizamlanmasında BMT - nin səmərəliliyi, demək olar ki, sıfıra yaxındır.

Qaçqınların Abxaziya və Cənubi Osetiyaya qayıtması, tərəflərin siyasi maraqlarına toxunmayan məsələlərdə Gürcüstan və separatçı regionlar arasında əlaqələrin qurulmasına yardım, bu proseslərin müşahidə edilməsi ї Remizovun rəyinə görə, bu BMT - nin nəzərəçarpacaq nəticələrə nail ola biləcəyi sahələrdir.

Ekspertlər yaranmış vəziyyətdə -  Gürcüstan və Rusiya arasında bütün əlaqələrin kəsildiyi, Rusiya və ABŞ arasında münasibətlərin çox gərgin olduğu vaxtda bu ölkələr arasında vasitəçilikdə müşahidə missiyalarının rolunu əsas məqam hesab edirlər.

Siyasət və beynəlxalq münasibətlər sahəsində ingilis ekspert Devid Qalbertin (David Galbreath) rəyinə görə, Rusiya tərəfi əlaqəyə girməyi istəmirsə, BMT-nin Baş katibi Pan Gi Mun münaqişənin həllinə yardım edə bilməz.

Simao Gürcüstandakı münaqişələrin həllində BMT-nin iştirakının vacibliyini vurğulayır; bu, Abxaziya və Cənubi Osetiya ərazilərində müşahidəçi mandatı olan yeganə qurumdur.

Aİ - nin missiyasının qoşunların çıxarılmasını müşahidə etmək üçün Abxaziya və Cənubi Osetiya ərazilərinə daxil olmaq səlahiyyəti olmayıb. BMT- nin Abxaziyadakı missiyası Gürcüstan və tanınmamış Abxaziyanı ayıran Kodor dərəsində hərbi əməliyyatlar başlayanda ї avqustun 10 - da mövqelərindən geri çağırılıb.

BMT Təhlükəsizlik Şurası cümə axşamı BMT - nin Gürcüstan və Abxaziyadakı müşahidəçilərinin mandatını 2009 - cu il fevralın 15 - dək uzadan Qətnamə qəbul edib.

Lakin,Gürcüstandakı münaqişələrin birdəfəlik həllindən danışan ekspertlər əmindirlər ki, їBMT - nin bu münaqişəni həll etmək iqtidarı çox aşağıdırї.

їHansısa beynəlxalq təşkilat Gürcüstan üzrə uzun d- uzadı müzakirələr  üçün çərçivələr təqdim etməyə qadirdirsə, inanıram ki, ATƏT - in böyük imkanları var ї qismən ATƏT- in hazırki sədri Aleksandr Stubbun mahir diplomatiyası sayəsindəї, - Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının siyasi məsələlərə dair müstəqil eksperti Riçard Qouan (Richard Gowan) hesab edir.

Avqustun 8 - nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12 - də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Avqustun 26 - da Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərinin tanınması haqqında fərman imzalayıb. İndiyədək bu regionların  müstəqilliyini Nikaraqua və iki tanınmamış ərazi törəməsi ї Serbskaya Kraina (Xorvatiya ərazisində serb etnik törəməsi) və Moldovanın Qaqauz muxtariyyəti tanıyıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti