Liviya Ukrayna istehsalı olan silahın satışına dair təklifi nəzərdən keçirir. UNİAN agentliyinin xəbərinə görə, bunu noyabrın 6-da Kiyevdə keçirilən brifinqdə Liviya lideri Müəmmar Qəddafi deyib.
Jurnalistlərin suallarını cavablandıran Qəddafi bildirib ki, silah satışına dair ölkəsi Ukrayna ilə əməkdaşlıq edir. O qeyd edib ki, Tripoli hərbi-texniki əməkdaşlıq perspektivlərini təkcə Ukrayna ilə yox, digər dövlətlərlə də nəzərdən keçirir.
Liviya liderinin sözlərinə görə, söhbət müdafiə xarakterli silahlardan gedir. Qəddafi bildirib ki, Liviya münasib qiymətlərlə müasir silah növlərini almağa çalışır.
O əlavə edib ki, hazırda Tripoli bu istiqamətdə müxtəlif ölkələrlə danışıqlar aparır.