Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin Ermənistana səfəri təxirə salına bilər. Cümə axşamı Ermənistanın Ombudsmani Armen Arutyunyan bu barədə jurnalistlərə məlumat verib.
O bildirib ki, ilkin məlumatlara görə, Hammerqin səfəri noyabrın 20 - 22 - nə planlaşdırılıb. Amma Gürcüstandakı vəziyyəti araşdırması ilə bağlı səfərin bir az sonraya keçiriləcəyi istisna deyil.
"Lakin səfər mütləq baş tutacaq və komissarın Ermənistana noyabrda ya dekabrda gələcəyi önəmli deyil",- Arutyunan deyib.
Bu günlərdə Hammarberq Medvedyev - Sarkozi sülh planının icra ilə bağlı vəziyyəti yoxlamaq üçün Gürcüstana yola düşüb. Məlumatı "Novosti-Armeniya" yayıb.