Ukrayna, Kiyev, 18 noyabr/ Trend , üxbir Z.Novosvitski/ Ukrayna Ali Radası bu gün parlamentin sədrinin seçilməsi haqqında məsələnin nəzərdən keçirilməsinə başlaya bilməyib.
Səhərdən parlamentin işində fasilə elan edilib, fasilədən sonra deputatlar bu gün və sabah komitələrdə işləyəcəkləri, cümə axşamı, noyabrın 20-də saat 10.00 -da plenar iclasın nəzərdə tutulduğu təqvim planına dəyişiklikləri qəbul ediblər. Cari həftədə Rada sessiya rejimində işləməli idi.
Ali Rada sədrinin birinci müavini Aleksandr Lavrinoviçin sözlərinə görə, bu gün hökumət və deputatlardan parlamentə bir neçə antiböhran qanun layihəsi verilib. Radanın sədri seçilmədiyi vəziyyətdə bu qanun layihələrinin hazırlanması üçün komitələrdə işləmək məqsədəuyğundur.
Yalnız Ali Rada sədri Ukrayna parlamentinin qəbul etdiyi və sonra imzalanmaq üçün Ukryana prezidentinə təqdim edilən qanunlara icazə vermək hüququna malikdir.
Noyabrın 12-də parlament Arseni Yatsenyuku Ali Rada sədri vəzifəsindən azad edib. Regionlar Partiyasından 175, YTB-dən 1, "Bizim Ukrayna-Xalq Özünümüdafiə" partiyasından 10, Ukrayna Kommunist Partiyasından 27, Litvin Blokundan 20 deputat bu məsələnin lehinə səs verib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]