...

"Rak İnvestment" şirkətinin – Poti limanı sahibinin arxasında terrorçu təşkilat dayanır

Dünya xəbərləri Materials 3 Dekabr 2008 20:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Potli limanında 100 faiz iştirak payını almış "Rak İnvestment" ərəb şirkətinin arxasında terrorçu təşkilat dayanır. Bu şirkətin arxasında "Əl - Qaidə"yə bənzər terrorçu təşkilat dayanır, - Leyborist partiyasının Baş katibi İosif Şatberaşvili çərşənbə günü mətbuat konfransında bəyan edib.  Leyboristlər limanın alqı-satıqısı barədə müqavilənin ləğv edilməsi üçün Avropa qurumları və Birləşmiş Ştatlar hökumətinə müraciət etmək niyyətindədirlər.

"Bu şirkətə Poti limanından başqa, birbaşa satış yolu ilə daha 300 min kv. metr torpaq sahəsi verilib. Şirkət burada daha bir liman tikmək istəyir. Ərəblərin Gürcüstanda iki limanı olacaq, Gürcüstan Qara dənizdə nəzarəti itirəcək və ərəb ölkələrinin təzyiqi altına düşəcək", - Şatberaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti