...

Vladimir Litvin Ukrayna parlamentinin sədri seçilib

Dünya xəbərləri Materials 9 Dekabr 2008 21:24 (UTC +04:00)
Vladimir Litvin Ukrayna parlamentinin sədri seçilib

Ukrayna, Kiyev, 09 dekabr / Trend müxb. Z.Novosvitski/ Vladimir Litvin Ukrayna Ali Radasının sədri seçilib. Onun namizədliyinə Yuliya Timoşenkonun blokundan 154, "Bizim Ukrayna - Milli Özünümüdafiə"dən 40, Ukrayna Kommunist partiyasından 27, Litvin blokundan isə 20 deputat səs verib.

Bundan əlavə, Litvinin spiker seçilməsinin "lehinə" Regionlar partiyasının 3 üzvü - Taras Çornovil, Vasili Qrıtsak və Yuxim Zvyaqilski də səs veriblər.

Ali Radanın yeni seçilmiş sədri "Bizim Ukrayna - Milli Özünümüdafiə" fraksiyalarının iştiraki ilə Yuliya Timoşenko və Litvin bloklarının yeni parlament koalisiyasının yaradılmasını bəyan edib və müvafiq sənədləri nümayiş etdirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti