...

Hollandiyadakı azərbaycanlılar Ali Məhkəmənin qərarına etiraz ediblər

Dünya xəbərləri Materials 26 Dekabr 2008 18:34 (UTC +04:00)

Hollandiyanın Lahey şəhərində Azərbaycanlı ailəyə məxsus 2 uşağın Ali məhkəmənin qərarı ilə homoseksual bir ailəyə verilməsi bu ölkədə yaşayan azərbaycanlıların etirazına səbəb olub. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

Laheydəki Azərbaycan Türk Kültür Dərnəyinin sədri Elxan Eşqin dərnəkdə keçirdiyi mətbuat konfransında qərarın dəyişdirilməsi üçün bütün sivil vasitələrdən istifadə edəcəklərini bildirib. Eşqin, uşaqların homoseksual ailəyə verilməsinin Azərbaycan mentalitetinə zidd hərəkət olduğunu bildirib.

Məhkəmə uşaqların bədənindəki yara izlərini sübut kimi göstərərək, ailənin uşaqlara işgəncə verdiyini iddia etmişdi. Bu iddiaya əsasən də, uşaqların himayədarlığı homoseksual bir ailəyə verilmişdi.  Eşqinin sözlərinə görə, əslində, uşaqların bədənindəki yara izləri onların pilləkəndən yıxılıb əzilməsi nəticəsində yaranıb.

Xəbər lenti

Xəbər lenti