...

BMT-nin baş katibi İsraili ordunu Qəzzadan çıxarmağa dəvət edib

Dünya xəbərləri Materials 18 Yanvar 2009 00:23 (UTC +04:00)

Əgər İsrail Qəzza zolağında birtərəfli atəşkəs haqqında qərar qəbul etsə, bu mütləq ordunun anklavdan çıxarılması ilə müşayiət olunmalıdır. Bunu Beyrutda səfərdə olan BMT-nin baş katibi Pan Qi Mun bəyan edib.

Reyters agentliyinin yazdığına görə, Pan Qi Mun "bu qərar İsrail hərbi bölmələrinin çıxarılması qrafiki ilə müşahidə olunmalıdır" söyləyib.

İsrail Qəzza zolağında birtərəfli qaydada atəşin dayandırılması məsələsini müzakirə etmək niyyətindədir. Əməliyyatlar aparılan son üç həftə ərzində anklavda artıq 1,2 min nəfər həlak olub, 5,3 min isə yaralanıb. Lakin atəşkəsin şərtləri İsrail ordusunun Qəzzada qeyri-müəyyən müddətə qalmasını nəzərədə tutur.

Xəbər lenti

Xəbər lenti