Çərşənbə axşamı bütün İranda İran İslam Respublikası yaranmasına səbəb olmuş inqilabın 30 illiyi münasibətilə nümayişlər keçirilməyə başlanıb. Bu barədə dpa.-dan xəbər veriblər.
Dövlət televiziyasının məlumatına görə, bütün ölkə üzrə miliyonlarla, Tehranda isə yüzlərlə insan islam administarsiyası ilə həmrəyliy nümayiş etdirmək üçün küçələrə çıxıb.
Paytaxtda Tehranın qərbindəki "Azadi" (Azadlıq) meydanınadək yürüş planlaşdırılıb və burada prezident Əhmədinejad müraciət ilə çıxış edəcək.
İran administarsiyası hər il keçirilən mitinqləri insanların Qərbə, xüsusilə də ABŞ-a qarşı birlik və gələcəkdə də müstəqil yaşamaq istəklərinin əlaməti olduğunu hesab edir.