Ağ Evin yeni rəhbəri Barak Obamanın bildirdiyinə görə, o, ABŞ Livanın keçmiş Baş naziri Rafiq Xaririnin qətlini araşdıran BMT-nin beynəlxalq hərbi tribunalının işində iştirak edəcək. Ərəb qazeti "Əş-Şərq Əl-Əusat"ın verdiyi məlumata görə, Obama Xaririnin ölümünün 4-cü oldönümü ilə əlaqədar başsağlığı verib.
Obama bildirib ki, АBŞ Xaririnin ölümü ilə bağlı livan xalqının kədəri ilə bölüşür və istintaqın hədər getməməsi üçün tribunalın işində irəliləyişlərin olması üçün əlindən gələni edəcək.
Bu, Obamanın prezident seçildikdən sonra Livan barədə verdiyi ilk açıqlama idi.
Sabah Livanda keçmış Baş nazir Xaririnin xatirəsilə əlaqədar kütləvi tədbirlər keçiriləcək.
BMT-nin qətlin istinitaqı üzrə beynəlxalq hərbi tribunalı martın 1-də öz işinə başlayacaq.
"Əş-Şərq Əl-Əusat"ın rəsmi şəxlərə istinad edərək verdiyi məlumata əsasən, Obamadan savayı ABŞ-ın beynəlxalq istintaqda iştirak etmək istəyini, "Əl-Mustəqbal" hərəkatının rəhbəri və mərhumun oğlu Saad Xariri ilə telefon danışığında ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib.
Rafiq Xariri 2005-ci ildə avtomobil partlayışı nəticəsində ölüb. Beynəlxalq istintaq hələlik qətlin təşkilatçısının aşkar edilməsi ilə bağlı heç bir nəticə əldə etməyib. Əvvəllər Baş nazirin qətlinin arxasında Suriyanın dayandığı güman edilirdi, çünki Xariri Suriya qoşunlarının Livanda qalmasının ən qatı əleyhdarlarından idi. Lakin ABŞ-ın Dəməşqin ünvanına olan kəskin bəyanatlarına baxmayaraq, sübutların olmaması üzündən ittihamlar Suriyanın üzərindən götürülüb.