...

Amerikalı konqresmenlər Türkiyə və Ermənistan prezidentlərinə dəstək məktubu göndəriblər

Dünya xəbərləri Materials 31 Mart 2009 12:24 (UTC +04:00)

ABŞ-ın hakim Demokratlar Partiyasının dörd konqresmeni Türkiyə və Ermənistan prezidentlərinə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə dəstək məktubu göndəriblər. Bu haqda Türkiyənin HABERTÜRK internet portalı məlumat verib.

ABŞ Konqresinin Türk-Amerikan dostluq qrupunun həmsədri Robert Veksel ( Robert Wexler) ABŞ-ın Qafqazda sülhün bərqərar olması üçün Türkiyə-Ermənistan əlaqələrinə önəm verdiyini bildirib.

"Yerevan ilə Ankara arasında gərginliyin ortadan qaldırılması həm bu ölkələrin, həm də ABŞ-in xeyrinədir", - deyə Türk-Amerikan dostluq qrupunun həmsədri bildirib.

Trend -un arayışı: Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa
çalışır. Yerevan tərəfindən başlanılmış uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.

Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində ötən ilin sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti