...

Ergenekon terror təşkilatı tərəfindən Türkiyə prezidenti və Baş nazirinə qarşı suiqəsd planı hazırlandığı məlum olub

Dünya xəbərləri Materials 3 Aprel 2009 13:31 (UTC +04:00)
Ergenekon terror təşkilatı tərəfindən Türkiyə prezidenti və Baş nazirinə qarşı suiqəsd planı hazırlandığı məlum olub

Türkiyədə Ergenekon terror təşkilatının ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və prezident Abdullah Gülə suiqəsd hazırlamaq haqqında planı aşkarlanıb. Bu haqda Türkiyənin "DUNYABULTENİ" informasiya agentliyi məlumat verib.

Ergenekon terror təşkilatının işini araşdıran müstəntiq bildirib ki, təşkilat üzvlərinin telefon danışıqlarının izlənməsi nəticəsində avqustun 30-da prezidentə və Baş nazirə qarşı suiqəsd hazırlandığı məlum olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti