...

Gürcü kilsəsinin lideri heç vaxt müsəlmanlara qarşı bəyanatlar verməyib - Gürcüstan Patriarxiyası

Dünya xəbərləri Materials 7 Aprel 2009 22:36 (UTC +04:00)
Gürcü kilsəsinin lideri heç vaxt müsəlmanlara qarşı bəyanatlar verməyib - Gürcüstan Patriarxiyası

Gürcüstan, Tbilisi, 7 aprel / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan Patriarxiyası bəzi Azərbaycan KİV-lərində Bütün Gürcüstan Patriarxı Katolikos II-ci İliyanın müsəlmanlar haqda təhqiredici ifadələr işlətməsi ilə bağlı yayılan məlumatları qətiyyət təkzib edib. Patriyarxiyanın bəyanatında bildirilir ki, bu məlumat böhtan və təxribatdır.
Bəyanatda həmçinin vurğulanır ki, həmin ifadələr güya Patriarx tərəfindən edilib və Patriarxiyanın ingilisdilli saytında aprelin 6-da yerləşdirib, sonra isə oradan yığışdırılıb.
"Veb-səhifənin redaktə qrupu bu faktı qətiyyətlə təkzib edir və hesab edir ki, bu, bəzi maraqlı qüvvələrin məqsədyönlü təxribatıdır", - deyə bəyanatda bildirilir.
"Bizə aydın deyil ki, Patriarx belə bir bəyanatla niyə çıxış etsin. O ölkəmizdə yaşayan müsəlmanlara böyük hörmətlə yanaşır" - deyə bəyanatda qeyd olunur.
Bəyanatda həmçinin xüsusi vurğulanıb ki, Qafqaz müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadə bu məlumatlara inanmayıb və bu təxribata düzgün qiymət verərək həmin faktı Gürcüstandakı daxili siyasi durumun gərginləşməsinə yönələn müasir kompüter texnikası vasitəsi ilə edilən saxtakarlıq kimi dəyərləndirib.
 "Ümid edirik ki, Azərbaycan hakimiyyəti və din xadimləri, habelə Gürcüstanda və onun hüdudlarından kənar yaşayan müsəlmanlar düşünülmüş bu təxribatın gerçəkləşməsinə imkan verməyəcək", - deyə bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti