...

İsrailin xarici işlər naziri ərəb sülh təşəbbüsünü "İsrailin məhv edilməsi resepti" adlandırıb

Dünya xəbərləri Materials 22 Aprel 2009 16:01 (UTC +04:00)

İsrailin xarici işlər naziri Aviqdor Liberman, ABŞ Prezidenti Barak Obamanın ərəb sülh təşəbbüsünü "konstruktiv" adlandırmasından bir neçə saat sonra, bu təşəbbüsün ünvanına kəskin tənqidlə çıxış edib. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti xəbər verib.

"Bu plan - İsrailin məhv edilməsi reseptidir", - deyə çərşənbə axşamı keçirilən nazirlər toplantısında Liberman bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsdə ən təhlükəli məqam Fələstin qaçqınlarının geri qayıtma hüququdur.

Çərşənbə axşamı Obama daima danışıqlar aparmağın mümkünsüz olduğunu bildirərək sülhün bərqərar olmasında konkret addımlar atmaq çağırışı ilə israillilərə və fələstinlilərə müraciət edib.

Vaşinqtonda İordaniya kralı II Abdulla ilə görüş zamanı Obama ərəb liderlərinin birgə səyi ilə hazırlanan ərəb sülh təşəbbüsünü dəstəkləyb və onu "barışıq üçün yaxşı əsas" adlandırıb.

Ərəb sülh təşəbbüsü 2002-ci ildə Beyrutda keçirilən sammitdə qəbul olunub.

Libermanın sözləri ərəb təşəbbüsünü dəstəkləyən İsrailin müdafiə naziri Ehud Barakın bəyanatı ilə üst-üstə düşmür. Barak Benyamin Netanyahu hökumətini ərəb ölkələrinin təkliflərinə əsaslanan İsrailin barışıq planını irəli sürməyə çağırıb.

Üç həftə əvvəl Liberman bildirmişdi ki, İsrail Annapolisdəki beynəlxalq konfransda qəbul olunan öhdəliklərə riayət etmək məcburiyyətində deyil.

Xəbər lenti

Xəbər lenti