...

Yerevandakı bələdiyyə seçkilərində iqtidar partiyası qələbə qazanıb

Dünya xəbərləri Materials 1 İyun 2009 14:44 (UTC +04:00)
Yerevandakı bələdiyyə seçkilərində iqtidar partiyası qələbə qazanıb

İlkin məlumatlara əsasən, Yerevandakı bələdiyyə seçkilərində 47 % səslə iqtidarda olan Ermənistan Respublikası Partiyası (ERP) qələbə qazanıb.

Mediamaks agentliyinin məlumatına əsasən, bunu Mərkəzi Seçki Komissiyasının səhər tezdən hesablanmış 98% bülletenin elan edilmiş yekunları təsdiq edib.

İkinci yerdə iqtidar koalisiyasına daxil olan təxminən 23% səslə Çiçəklənən Ermənistan Partiyasıdır. Eks-prezident Levon Ter-Petrosyanın başçılığı altında Müxalifət Ermənistan Milli Konqresi isə 18 % səslə üçüncü yerdədir.

Bir halda ki, ERP seçicilərin 40% səsini toplayıb, onun seçkiqabağı siyahısının lideri, Yerevanın hazırkı meri Qaqik Beqlaryan Ermənistan paytaxtının yenidən seçilmiş başçısı olacaq.

Xəbər lenti

Xəbər lenti