...

İranın sülh məqsədləri üçün nüvə silahına malik olmaq hüququ var – Barak Obama

Dünya xəbərləri Materials 4 İyun 2009 17:26 (UTC +04:00)

"İranın sülh məqsədləri üçün nüvə silahlarına malik olmaq hüququ var", - ABŞ Prezidenti Barak Obama deyib.

O bildirib ki, İranın sülh nüvə texnologiyalarına malik olmaq hüququ var, Türkiyənin CNN Turk telekanalı məlumat verib.

Cümə axşamı Obama Qahirəyə gələrək, müsəlman dünyasına tarixi məruzə ilə çıxış edib. Onun sözlərinə görə, bu çıxış "İslam dünyası və ABŞ arasında fikir ayrılığına və mübahisələrə son qoyacaq".

ABŞ və bir sıra başqa ölkələr sülhməramlı nüvə çalışmaları adı altında nüvə silahının yaradılmasıda İrandan şübhəlidirlər. Qarşı tərəf isə bu ittihamları geri çevirərək bildirir ki, bu proqram yalnız sülh məqsədləri və ölkənin enerji ehtiyacının ödənilməsinə yönəldilib.

Xəbər lenti

Xəbər lenti