...

İranda Tu-154 təyyarəsinin qəzaya uğramasına mühərriklərin birində baş vermiş yanğın səbəb olub - TV

Dünya xəbərləri Materials 15 İyul 2009 16:31 (UTC +04:00)

Çərşənbə günü İranda Tehran-Yerevan reysi ilə uçan təyyarənin qəzaya uğramasına səbəb, ilkin məlumatlara görə, laynerin mühərriklərinin birində baş verən yanğın olub. RİA Novostinin yazdığına görə, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.  

"Caspian Airlines" şirkətinə məxsus təyyarə Tehran-Yerevan marşrutu üzrə müntəzəm reys həyata keçirib və yerli vaxtla təxminən 12:00-da Qəzvin şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarə tamamilə dağılıb. Son məlumatlara görə, qəzaya mühərriklərin birində baş vermiş yanğın səbəb olub", - TV bildirib.

Televiziya bu məlumatların haradan alındığı barədə dəqiq məlumat verməyib.

İlkin məlumatlara görə, 153 sərnişin və 15 ekipaj üzvünün hamısı həlak olub.

Xəbər lenti

Xəbər lenti