...

Fələstinin HƏMAS hərəkatı FƏTH-in 20 məhbusunu azad edəcək

Dünya xəbərləri Materials 20 İyul 2009 15:21 (UTC +04:00)
"Qəzza Zolağındakı HƏMAS hökuməti bazar ertəsi bildirib ki, FƏTH iqtidar partiyasının 20 fəalını məhbəsdən azad edəcək", - SinXua agentliyi xəbər verib.
Fələstinin HƏMAS hərəkatı FƏTH-in 20 məhbusunu azad edəcək

"Qəzza Zolağındakı HƏMAS höküməti bazar ertəsi bildirib ki, FƏTH iqtidar partiyasının 20 fəalını məhbəsdən azad edəcək", - SinXua agentliyi xəbər verib.

Qərar HƏMAS-ın başçısı İsmail Xaniyə tərəfindən müqəddəs müsəlman bayramında qəbul edilib.

Qəzzanın mərkəzi həbsxanasının rəhbəri Sami Nofəl bu xəbəri təsdiqləyib.

Qərb Sahilindəki Mahmud Abbas hökuməti HƏMAS-ı Qəzza Zolağında yüzlərlə siyasi fəalı həbs etməkdə günahlandırır.

Tərəflər arasında münaqişə 2007-ci ildə - HƏMAS-ın Qəzza Zolağını tamamilə öz nəzarəti altına götürməsindən sonra başlayıb.

Siyasi fəalların həbsi Qahirədə Fələstin fraksiyalarının Misir hökumətinin vasitəçiliyi ilə dialoqun fonunda davam edir.

Ancaq FƏTH və HƏMAS danışıqların növbəti mərhələsini avqustun 25-nə qədər ertələyib. Misir və ərəb ölkələri 2010-cu ilin yanvarına Fələstin administrasiyasında prezident və parlament seçkilərinin keçirilməsinə qədər milli Fələstin hökumətinin yaradılmasını tələb edirlər.

Xəbər lenti

Xəbər lenti