...

İranda süni mayalanma yolu ilə uşaq doğulub

Dünya xəbərləri Materials 23 İyul 2009 15:58 (UTC +04:00)
Son 20 il ərzində İVM üsulu bütün dünyada istifadə olunur. Halbuki İranda ekstrakorporal mayalandırma üsulu yalnız son iki il müddətində tədqiq edilir, - Həmədanda Sonzsuzluq Problemlərini Araşdırma Mərkəzinin direktoru Mərziyə Farimani deyib.

İranın Həmədan şəhərində İVM (in vitro maturation) üsulu ilə mayalanmış ilk oğlan uşağı doğulub. Bu barədə Mehr informasiya agentliyi məlumat verib.

"Son 20 il ərzində İVM üsulu bütün dünyada istifadə olunur. Halbuki İranda ekstrakorporal mayalandırma üsulu yalnız son iki il müddətində tədqiq edilir", - Həmədanda Sonzsuzluq Problemlərini Araşdırma Mərkəzinin direktoru Mərziyə Farimani deyib.

Bu tədqiqatların nəticəsində İranda İVM üsulu ilə mayalandırılmış ilk uşaq doğulub. İranda qadınların 15 faizi sonsuzluq problemi ilə qarşılaşır. Bunun da səbəblərindən biri gec evlənmədir.

IVM (in vitro maturation) - EKM (ekstrakorporal mayalandırma)  sonsuzluğun müalicəsi üçün yeni üsuldur. İVM üsulu qadın və kişi sonsuzluğunun müalicəsində yeni və perspektivli istiqamətdir. Hazırda bu üsul yalnız dünyanın bir neçə EKM klinikalarında tətbiq olunur. Müalicənin səmərəliliyi adi EKM ilə müqayisədə bir qədər aşağıdır. Lakin artıq İVM üsulunun tətbiqindən sonra minlərlə sağlam uşaq doğulub. Bu metodika daima təkmilləşdirilir və tezliklə adi müalicə üsulu olaraq standard EKM-lə yanaşı duracaq.

Xəbər lenti

Xəbər lenti