...

İranın paytaxtı Tehranın qərbində yeraltı təkanlar qeydə alınıb

Dünya xəbərləri Materials 29 İyul 2009 17:57 (UTC +04:00)

İranın paytaxtı Tehran şəhərinin qərbində zəlzələ baş verib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Kərəc Şəhər İcra Hakimiyyətinin fövqəladə hallar təşkilatının sədri Abbas Cəfəri bildirib ki, bu gün Tehran əyalətinin qərbində 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Onun sözlərinə görə, yeraltı təkanlar Tehran vaxtı ilə 15:00-də baş verib.

Cəfəri əlavə edib ki, zəlzələnin episentri Qəzvin şəhərinin Abik kəndi ətrafında olub. Ölən, yaralanan və dağıntılar barədə hələ ki, məlumat yoxdur.

Kərəc şəhəri Tehranın qərbində yerləşir.

Xəbər lenti

Xəbər lenti