10 həftə ərzində hökuməti formalaşdırmaq cəhdləri boşa çıxan Saad Həriri məğlubiyyətini qəbul edib. İyun seçkilərində qalib olan demokratik alyansın lideri istefa barədə ərizəsini cümə axşamı Prezident Mişel Süleymana təqdim edib, Euronews kanalı məlumat verib.
"Bütün livanlılara bildirirəm ki, artıq Respublika Prezidentinə hökuməti qurmaqdan imtina etməyim barədə məlumat vermişəm", - o deyib.
Livan Prezidenti yaxın 48 saat ərzində kabinetin formalaşdırılmasının kimə tapşırılacağı barədə qərar qəbul etməlidir. Analitiklər istisna etmirlər ki, bu, yenidən gənc sünni siyasətçi, sabiq nazir Saad Həririnin oğlu ola bilər.
Hazırkı uğursuzluğun səbəbi kimi icmalçılar müxalif "Hizbullah"la razılaşmanın qeyri-mümkünlüyünü göstəriblər. Bir gün əvvəl şiə hərəkatının nümayəndələri Baş nazir tərəfindən təklif olunmuş 30 nazirdən ibarət milli birlik hökumətini qeyri-mümkün hesab ediblər.
Beyruta artıq qoşun daxil edilib. Yaranmış vəziyyət Livanı yenidən siyasi böhranla üz-üzə qoyur.