İran yeddi "Boeing" təyyarəsi alıb

Dünya xəbərləri Materials 21 Sentyabr 2009 11:17 (UTC +04:00)

İran Dövlət Hava Yolları təşkilatının başçısı Məhəmmədəli İlxani bildirib ki, 15 yeni "Boeing" və "Airbus" sərnişin təyyarəsi alınaraq ölkə aviasiya şirkətlərinin icarəsinə verilib. Bu barədə İran Televiziyasının rəsmi xəbər saytı məluma yayıb.

"Yeddi Boeing MD və 8 Airbus tipli sərnişin təyyarəsi alınıb. Bu avialaynerlər 15 köhnə sərnişin təyyarəsini əvəz edəcək.", - deyə İlxani bildirib.

İyulun 15-də İranın Qəzvin şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 168 nəfər olub. Son 30 il ərzində İranda baş vermiş təyyarə qəzaları nəticəsində, Qəzvin şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan 168 nəfər də daxil olmaqla, 1610 nəfər həlak olub. Bu barədə İranın Uçuşların Təhlükəsizliyi Xidməti bildirib. İranda baş verən 1530 təyyarə qəzasından 40-ı 1979-cu il İslam İnqilabına qədər qeydə alınıb.

Baş verən qəzalardan sonra İran Parlamenti hökumətdən köhnə sərnişin təyyarələri almamağı xahiş etdib. Parlament nümayəndələri təyyarələrin standartlara uyğun olmasının diqqətlə yoxlanılmasının, uçuşlara peşəkar mütəxəssislərin cəlb olunmasının, eləcə də köhnə təyyarələrin alınmasından imtina edilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti