...

FƏTH və HƏMAS arasında müqavilə oktyabrın 26-da imzalanacaq - Misirin xarici işlər naziri

Dünya xəbərləri Materials 6 Oktyabr 2009 12:32 (UTC +04:00)
Misirin xarici işlər naziri Əhməd Əbu Qeyt bazar ertəsi bəyan edib ki, Fəsləstinin FƏTH partiyası ilə HƏMAS arasında milli barışıq haqqında müqavilə oktyabrın 26-da Qahirədə imzalanacaq, bu barədə RİA Novosti yazır.
FƏTH və HƏMAS arasında müqavilə oktyabrın 26-da imzalanacaq - Misirin xarici işlər naziri

Misirin xarici işlər naziri Əhməd Əbu Qeyt bazar ertəsi bəyan edib ki, Fəsləstinin FƏTH partiyası ilə HƏMAS arasında milli barışıq haqqında müqavilə oktyabrın 26-da Qahirədə imzalanacaq, bu barədə RİA Novosti yazır.

Əbu Qeytin bəyanatı Fələstin administrasiyasının prezidenti Mahmud Abbas ilə İordaniyanın paytaxtı Ammanda keçirilən mətbuat konfransında səslənib.

Sentyabrın 29-da Qahirədə HƏMAS hərakatının siyasi bürosunun başçısı Xalid Məşəl Misirin oktyabrda Fələstin partiyasının barışması və vahid milli Fələstin hökumətinin yaradılması barədə müqavilə imzalanması üzrə konfrans keçirməsi barədə qərarını bildirib. Misir kəşfiyyatının başçısı Omar Süleyman ilə görüşdən sonra keçirilən mətbuat konfransında Məşəl bildirib ki, Misirin təşəbbüsü ilə hazırlanan milli barışıq sənədi administrasiyaya prezident və qanunvericlik assambleyasına seçkilərinin keçirilməsinə aid olacaq. Onların müddəti yaxın zamanda müəyyən olunacaq.

HƏMAS həmçinin milli administrasiyadan bütün siyasi məhbusları həbsdən azad etməyi tələb edir.

Xəbər lenti

Xəbər lenti