İranın Kosmik Araşdırma Mərkəzinin sədri Möhsün Bəhrami bildirib ki, elmi araşdırmalar aparmaq məqsədi ilə orbitə kiçik canlı orqanizm göndəriləcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
"KAVUŞ 2 adlı ikinci süni peyki kosmosa buraxdıqdan sonra süni peyklər sahəsində fəaliyyətimizi daha da inkişaf etdirmişik və bu sahədə araşdırmalarımızı davam etdiririk", - Bəhrami deyib.
Bəhraminin sözlərinə görə, İran yaxın iki il ərzində müxtəlif elmi araşdırmalar aparmaq məqsədi ilə orbitə bir canlı (heyvan) göndərəcək. "Hazırda bu proqram üzərində iş aparılı"r, - Bəhrami deyib.