...

İranın daxili işlər naziri Misirə səfər edib

Dünya xəbərləri Materials 14 Oktyabr 2009 10:54 (UTC +04:00)

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar İraqla qonşu ölkələrin VI iclasında iştirak etmək məqsədilə bu gün Misirin Şərm-əş-Şeyx şəhərinə səfər edib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Nəccar ikigünlük səfəri zamanı iclas çərçivəsində digər ölkələrdən olan həmkarları ilə görüş keçirəcək. İclasda İraq, Səudiyyə Ərəbistan, Küveyt, Suriya, İordaniya, Türkiyə, Bəhreyn və Misirin daxili işlər nazirləri iştirak edəcək. Bəhreyn və Misir iclasda müşahidəçi qismində iştirak edir. İclasda həmçinin Ərəb Birliyindən və İslam Konfransı Təşkilatından da nümayəndələrin iştirakı nəzərdə tutulub.

İclasda İraqdakı təhlükəsizlik məsələləri, sərhədlərin qorunması, terrorizmlə mübarizə və İraqda sabitliyin yaradılması məqsədi ilə bu ölkə ilə əməkdaşlıq əlaqələrinin artırılması məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti