...

Rusiya İranın nüvə proqramına dair mövqeyini şəffaf şəkildə bəyan etməlidir - İran XİN-in sözçüsü

Dünya xəbərləri Materials 1 Dekabr 2009 15:23 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst MAQATE Hakimlər Şurasının sonuncu qətnaməsini qəbul edilən zamanRusiyanın İranın sülhyönlü nüvə proqramının əleyhinə səs verməsini şübhəli adlandırıb.
Rusiya İranın nüvə proqramına dair mövqeyini şəffaf şəkildə bəyan etməlidir - İran XİN-in sözçüsü

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst MAQATE Hakimlər Şurasının sonuncu qətnaməsini qəbul edilən zaman Rusiyanın İranın sülhyönlü nüvə proqramının əleyhinə səs verməsini şübhəli adlandırıb. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

"Biz dəfələrlə nüvə proqramı ilə bağlı Rusiya ilə məsləhətləşmələr aparmışıq. Bu ölkə İranın nüvə proqramının mahiyyəti ilə və İranın məntiqli və şəffaf mövqeyi ilə tanışdır. Bununla yanaşı, Rusiyanın sonuncu addımı şübhəlidir və Rusiya İranın nüvə proqramına dair mövqeyini şəffaf şəkildə bəyan etməlidir", - Mehmanpərəst çərşənbə axşamı Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

Mehmanpərəst MAQATE Hakimlər Şurasının sonuncu qətnaməsinin ədalətsiz olduğunu və hüquq bərabərliyini pozduğunu bildirib. O, üzv ölkələrin bununla bağlı qərarlarına bir daha baxacaqlarına ümid bəslədiyini bildirib.

Noyabrın 27-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərinin (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa + Almaniya) İrana qarşı qətnamə layihəsi MAQATE-nin Hakimlər Şurasına təqdim olunub və sənəd 35 ölkədən 25 ölkənin səs çoxluğu ilə təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti