...

İslam dininin Qərbdəki problemləri mədəni və dini deyil, siyasi xarakter daşıyır – İordaniya Krallığı Dinlərarası Araşdırmalar İnstitutunun direktoru (MÜSAHİBƏ)

Dünya xəbərləri Materials 20 Dekabr 2009 09:00 (UTC +04:00)
Trend News-un Yaxın Şərq redaksiyasının İordaniya Krallığı Dinlərarası Araşdırmalar İnstitutunun direktoru Həsən Əbu Nimah ilə müsahibəsi
İslam dininin Qərbdəki problemləri mədəni və dini deyil, siyasi xarakter daşıyır – İordaniya Krallığı Dinlərarası Araşdırmalar İnstitutunun direktoru (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir Ü.Sadıxova/

Trend -un Yaxın Şərq redaksiyasının İordaniya Krallığı Dinlərarası Araşdırmalar İnstitutunun direktoru Həsən Əbu Nimah ilə müsahibəsi

-Vatikanda bəzi rəsmi şəxslər bildirir ki, onlar Müsəlman dünyası daxilində fikir ayrılılğı olduğuna görə, bilmirlər ki, müsəlman ölkələrindən hansı biri ilə dialoq aparsınlar. Sizin fikrinizcə, Müsəlman dünyası daxilində, Vatikanda bildirildiyi kimi, dinlərarası dialoqa mane ola biləcək fikir ayrılığı varmı?

-Mən elə hesab etmirəm ki, İslam dünyasının vahidliyi müsəlman xristian dialoqu üçün şərtdır. Vatikan bütün xristian dünyasını təcəssüm etdirmir. Adamların fikirləri bütün məsələlərdə üst üstə düşə bilməz. Əgər dialoqda fikir ayrılığı olmayacaqsa, demək ki, ona ehtiyyac olmayacaq. Çünki dialoqun əsası fikri ayrılıqlarının ibildirilməsidir.

Hətda Quranda da bu barədə deyilir:

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir birinizi tanıyasınız deyə xalqlara və qəbilələrə ayırdıq. Allahın yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən Allah hər şeyi biləndir, xəbərdardır. (Əl Hucurat sürəsi, 13-cü ayə)

Insanlıq tarixi boyunca müsəlmanlar, xristianlar, yəhudilər arasında daimi dialoq aparılır. Dialoq planlaşdırılmış və proqramlaşdırılmış olmur, bu insan təbiətinin təbii hadisəsidir.

-Son zamanlar Avropanın müsəlmanlara qarşı radikal ideasında artım müşahidə olunur. Buna İsveçrədəki minarə problemi, Fransadakı hicab problemi, Londonda məsçid tikliməsi əlehinə etirazlar misal ola bilər. Sizin fikrinzcə, bu Qərb ölkələrində yaşayan müsəlmanların düzgün olmayan davranışlarının nəticəsidirmi?

-Avropada yaşayan müsəlmanlar özlərini elə aparmırlar ki, bu cür reaksiyaya səbəb olsunlar. Avropada yaxud digər xarici ölkələrdə yaşayan müsəlmanların davranışları digər dinlərin nümayəndələrinin davranışlarından fərqlənmir, biz adamlar mələk deyilik, və biz hamımız istər istəməz səhv edirik. Lakin mən hesab etmirəm ki, müsəlmanlar elə bir hərəkət ediblər ki, bunun nəticəsində də bu cür mənfi kompaniya başlayıb. Iş burasındadır ki, dünyada yayılmış zorakılığı haqsız olaraq müsəlmanlar ilə əlaqələndirirlər. Ölkələrdə anti-müsəlman əhval ruhiyyəsi yayan, müsəlmanlar, həmçinin Ərəb və İslam mədəniyyəti üzərinə "terrorçuluq" və "zorakılıq" kimi damğa vuran qüvvələr var. Əgər insan digər mədəniyyətə daxildirsə, bu o demək deyil ki, onu özününkündən uzaqlaşdırmaq lazımdır. Beynəlxalq qanunlar insanlara sərbəst seçim verir ki, özləri hansı adət ənənəyə və mədəniyyətə istəyirsə ona da riayyət etsin, bu təbii hadisədir. Lakin, bu mədəniyyət və adət-ənənələri tanımamaq nə dini nə də mənəvi nöqteyi nəzərindən yolveriləndir.

- Qərb ölkəsində İslamın gələcəyini necə görürsüz?

- Hesab edirəm ki, Qərb dünyasında İslamın və müsəlmanlarının əksər problemləri dini və mədəni yox, siyasi xarakter daşıyır. Əgər yaxın Şərqdə problemlər həll edilərsə, Fələstin xalqı üçün haqq ədalət bərpa edilərsə və İsrail işğalçılığına son qoyularsa, regionda vəziyyət stabilləşərsə, o zaman müsəlman və qeyri müsəlmanlar arasında heç bir ziddiyət qalmayacaq.

-  Regiondakı vəziyyətin stabilləşməsində müsəlmanların nə kimi rolu ola bilər?

- Hesab edirəm ki, əgər müsəlman ölkələri uzlaşdırılmış şəkildə fəaliyyət göstərərək BMT-nin qərarlarına və beynəlxalq hüquq normalarına riayət edilməsini, həmçinin Əfqanıstan, Pakistan və İraqda müharibələrə son qoyulmasını tələb etsələr regionda gərginliyə son qoyula bilər

- Fikrinizcə, mülayim islam ideyalarının - Vasatiyanın yayılması yolu ilə radikalizmə son qoyula bilərmi?

- Ola bilər ki, radikalizmin bəzi təzahürləri heç vaxt itməyəcək. Lakin maarifləndirmə, ədalətlilik və bərabərlik ideyalarının yayılması onun zəiflədə bilər. Radikalizmi, onu doğuran səbəbləri həll etməklə aradan qaldırmaq olar.

Məsələ Vasatiyanın radikalizmdən yaxşı olduğu haqda konkret qərar qəbul etməkdə yox, problemi hərtərəfli anlamaqdadır. İnsanları radikkalığa gətirən səbəbləri öyrənmək lazımdır. Axı zəncirvari olaraq bir mənfi faktor digərinin yaranmasına gətirib çıxarır. Radikalizmin təzahür səbəblərini anlamaq və aradan qaldırmaq lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti