...

Nüvə proqramı Qərbin İranla qarşıdurması üçün yalnız bəhanədir - prezident Əhmədinejat

Dünya xəbərləri Materials 11 Fevral 2010 12:55 (UTC +04:00)
İranın nüvə proqramı və insan hüquqlarına dair vəziyyət Qərb ölkələrinin İrana qarşı durması üçün yalnız bəhanədir. İran Prezidenti Mahmud Əhmədinejat Tehranda İran İslam İnqilabının 31-ci ildönümünün qeyd olunması ilə əlaqədar keçirilən mitinqdə bildirib. Bu barədə İRİNN telekanalı xəbər verir.
Nüvə proqramı Qərbin İranla qarşıdurması üçün yalnız bəhanədir - prezident Əhmədinejat

Nüvə proqramı Qərbin İranla qarşıdurması üçün yalnız bəhanədir - prezident Əhmədinejat

İranın nüvə proqramı və insan hüquqlarına dair vəziyyət Qərb ölkələrinin İrana qarşı durması üçün yalnız bəhanədir. İran Prezidenti Mahmud Əhmədinejat Tehranda İran İslam İnqilabının 31-ci ildönümünün qeyd olunması ilə əlaqədar keçirilən mitinqdə bildirib. Bu barədə İRİNN telekanalı xəbər verir.

İranın Mehr Agentliyi xəbər verdiyi kimi, mitinq eyni vaxtda İranın 818 şəhərində, qəsəbə və dörd min kəndində keçirilir.

Yeddi şəhər prospektləri üzrə mitinq keçirənlər Azadlıq meydanı istiqamətinə hərəkət edirlər. Mitinqdə "İslam Respublikası üçün Müstəqillik, Azadlıq!", "Amerikaya ölüm!", "İsrailə ölüm!" şüarları səsləndirilir.

Qərbin İrana qarşı durması ilə əlaqədar Əhmədinejat iki səbəb - İranın uzun əsrlərdən bəri qlobal proseslərə təsiri və Yaxın Şərqdəki mərkəzi strateji vəziyyəti göstərib.

"Yaxın Şərq ən həssas, dünyanın ən nüfuzlu regionudur və buna görə də bu regionu idarə edən dünyanı idarə edir", - Əhmədinejat bildirib.

"Yaxın Şərqdə zəngin enerji resurslarına nəzarət dünyanı idarə etmək üçün vasitədir", - o qeyd edib.

Buna görə də Qərb nüvə silahını və insan hüquqlarının vəziyyətini bəhanə seçərək İrana qarşı durur, çünki İranda davam edən proseslər bütün dünyaya təsir edir.

"İran xalqı yüzilliklər boyunca İslam, elm və sivilizasiyada lider olub və dünyanın bir çox regionlarında öz mədəni təsirini qoruyub saxlayıb. Buna görə də İrandakı proseslər bütün dünyaya təsir edir", - Əhmədinejat deyib.

Xəbər lenti

Xəbər lenti