...

Uruqvay İran ilə əlaqələri genişləndirməyə çalışır

Dünya xəbərləri Materials 6 Mart 2010 12:41 (UTC +04:00)
ABŞ Latın Amerikası ölkələrini İrana qarşı ittifaqda birləşdirməyə səy göstərdiyi bir vaxtda, Uruqvayın yeni prezidenti İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduğunu bildirib. Bu barədə Press TV IRNA-ya istinadən bildirib
Uruqvay İran ilə əlaqələri genişləndirməyə çalışır

ABŞ Latın Amerikası ölkələrini İrana qarşı ittifaqda birləşdirməyə səy göstərdiyi bir vaxtda, Uruqvayın yeni prezidenti İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduğunu bildirib. Bu barədə Press TV IRNA-ya istinadən bildirib.

Cümə günü İranın kooperasiya naziri Məhəmməd Abbasi ilə görüşündə Uruqvay Prezidenti Хose Muxika bildirib ki, onun ölkəsi İran ilə əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

ABŞ-ın dövlət katibi Hillari Klinton bu yaxınlarda beş Latın Amerikası ölkəsinə səfərini başa vurub. Səfərdə məqsəd regionda İranın diplomatik münasibətlərini kifayət qədər uğurla genişləndirdiyi ölkələrlə əlaqələrin möhkəmləndirilməsi olub.

Xəbər lenti

Xəbər lenti