...

İranda sənaye istehsalının həcmi 8 faiz artıb - vitse-prezident

Dünya xəbərləri Materials 17 Mart 2010 17:26 (UTC +04:00)

Ötən il (İranda il martın 21-dən başlayır) İranda sənaye istehsalının həcmi 8% artıb, bu zaman Qərb ölkələrində sənaye durğunluğu müşahidə olunub. Bu barədə İran hökumətinin mətbuat katibi və birinci vitse-prezident Məhəmmədrza Rəhimi bildirib. Məlumatı ILNA informasiya agentliyi yayıb.

O əlavə edib ki, ötən il İran üçün iqtisadi sahədə beynəlxalq münasibətlərin inkişafı baxımından uğurlu olub, həmçinin İran bir sıra ölkələrlə iqtisadi münasibətlərin inkişafı haqqında müqavilələrin imzalanmasına nail olub.

İranın nüvə proqramına münasibət bildirən Rəhimi deyib ki, yeni heç bir şey baş verməyib. "Biz nüvə tədqiqatının sülh xarakterli olduğunu elan etmişik və nüvə silahı istehsalı niyyətində olmadığımızı bildirmişik", - o deyib.

O bildirib ki, Tehranda nüvə reaktorunun 20 faiz uranla təmin olunması üçün İran istənilən ölkənin səmərəli qiymət təkliflərini qəbul etməyə hazırdır.

"Bəzi ölkələr bizim təklifləri qəbul ediblər, lakin sonra imtina ediblər. Buna görə də hökumət 20 faizə kimi uranın ölkə ərazisində zənginləşdirilməsi haqqında qərar qəbul edib", - Rəhimi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti