...

Fələstin-İsrail problemi dini xarakter daşımır - səfir

Dünya xəbərləri Materials 20 Aprel 2010 20:40 (UTC +04:00)
Fələstin-İsrail problemi din və ərazi məsələsi deyil, İsrailin Yaxın Şərqdə bir dövlət kimi tanınmasından ibarətdir. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən İsrailin müstəqiliyinin 62-ci ildönümünə həsr edilmiş brifinqdə bu ölkənin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem bildirib.
Fələstin-İsrail problemi dini xarakter daşımır - səfir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Ü.Sadıxova/

Fələstin-İsrail problemi din və ərazi məsələsi deyil, İsrailin Yaxın Şərqdə bir dövlət kimi tanınmasından ibarətdir. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən İsrailin müstəqiliyinin 62-ci ildönümünə həsr edilmiş brifinqdə bu ölkənin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem bildirib.

"Problem İsrailin tanınmasından ibarətdir ki, bununla da heç cür razılaşa bilmirlər. Problemin ən yaxşı həll yolu ikitərəfli danışıqlardır", - səfir deyib.

Münaqişənin həllində Azərbaycanın vasitəçilik imkanlarına gəldikdə, səfir bildirib ki, Azərbaycanın Yaxın Şərq ölkələri ilə yaxşı münasibətləri mövcuddur. "Mən ümid edirəm ki, onlar müstəqil investisiya qoyuluşunun mümkün olduğu Azərbaycana müstəqil liberal ölkə kimi baxmağa davam edəcəklər", - o deyib.

Xəbər lenti

Xəbər lenti