İran Parlamentinin spikeri Əli Laricani İranın nüvə proqramı probleminin diplomatik yolla həllində Türkiyənin dəstəyini alqışlayıb. Bu barədə Press TV məlumat verib.
Türkiyə Prezidenti Abdullah Güllə İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqının sessiyasının keçirildiyi İstanbul şəhərində bazar günü görüşü zamanı Laricani İranın nüvə məsələsinin sonda diplomatik vasitələrlə həll olunacağına ümidini ifadə edib.
Abdullah Gül, öz növbəsində, İranla "altılıq" (BMT TŞ-nın beş daimi üzvü, üstəgəl Almaniya) arasında danışıqların nüvə proqramına münasibətdə Qərblə İranın ziddiyyətlərini həll edəcəyinə ümid etdiyini bildirib.
"Biz İranın problemin həllində diplomatik imkanlardan səmərəli istifadə etdiyi görməyimizə şadıq və gələcəkdə əlverişli həllin tapılacağına ümid edirik", - Gül deyib.
Bazar ertəsi Laricani Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Görüş mətbuat üçün qapalı keçirilib.