İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün axşam Yaponiyaya səfər edəcək. Bunu İranın Yaponiyadakı səfiri Abbas Əraqçi deyib. Bu barədə Trend İranın Fars xəbər agentliyinə istinadən məlumat verir.
Əraqçi bildirib ki, Müttəkinin başçılıq etdiyi nümayəndə heyəti bu gün axşam Tokioya səfər edəcək.
Birgünlük səfər zamanı Müttəki Yaponiya rəsmiləri ilə iki ölkəni maraqlandıran məsələlər, eləcə də beynəlxalq və regional məsələlər haqqında müzakirələr aparacaq.
Hazırda Mənuçöhr Müttəki Bolqarıstandadır və oradan Yaponiyaya səfər edəcək.