...

Ermənistan - Türkiyə münasibətlərinin normallaşması Ermənistandan asılıdır – AŞ PA prezidenti

Dünya xəbərləri Materials 24 İyun 2010 15:01 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu hesab edir ki, Ermənistan - Türkiyə münasibətlərinin normallaşmasının davam etdirilməsi Yerevanın mövqeyindən asılıdır. Bu barədə "Mediamaks" agentliyi məlumat verib.
Ermənistan - Türkiyə münasibətlərinin normallaşması Ermənistandan asılıdır – AŞ PA prezidenti

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu hesab edir ki, Ermənistan - Türkiyə münasibətlərinin normallaşmasının davam etdirilməsi Yerevanın mövqeyindən asılıdır. Bu barədə "Mediamaks" agentliyi məlumat verib.

"Hər şey Ermənistandan asılıdır. Əgər onlar Konstitusiya Məhkəməsinin qərarındakı şərtlərdən imtina etsələr, onda hər şey mümkündür", - Çavuşoğlu "Mediamaks"a müsahibəsində deyib. - "Təkcə mən yox, həm də bütün beynəlxalq birlik hesab edir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etməyincə, regionda irəliləyiş mümkün deyil", - o bəyan edib.

Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu 2010-cu il oktyabrın 10-da Sürixdə "Diplomatik münasibətlərin qurulması haqqında protokol" və "İkitərəfli münasibətlərin inkişafı haqqında protokol" imzalayıblar.

1993-cü ildə Türkiyə - Ermənistan arasında münasibətlərin pozulmasına və iki ölkə arasında sərhədin bağlanmasına səbəb Yerevanın "erməni soyqırımı"nın dünyada tanınmasına dair iddiaları və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı olub.

Protokolların qəbulundan sonra, Ermənistan Konstitusiya Məhkəməsi bəyan etdi ki, 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiyanın yaradılmasına ehtiyac yoxdur və Ermənistan heç vaxt özünün "soyqırım"la bağlı iddialarından əl çəkməyəcək.

Apreldə Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, onun ölkəsi protokolların ratifikasiya prosesini dondurur.

Xəbər lenti

Xəbər lenti