...

Bişkekdə hakimiyyəti silahlı yolla ələ keçirməyə hazırlaşırlar - DİN rəhbəri

Dünya xəbərləri Materials 5 Avqust 2010 15:44 (UTC +04:00)
Qırğızıstanda hakimiyyəti silahlı yolla zorla ələ keçirməyə hazırlaşırlar.
Bişkekdə hakimiyyəti silahlı yolla ələ keçirməyə hazırlaşırlar - DİN rəhbəri

Qırğızıstanda hakimiyyəti silahlı yolla zorla ələ keçirməyə hazırlaşırlar. Bu barədə "QazTAQ" agentliyi daxili işlər naziri Kubatbek Baybolovun bəyanatına istinadən məlumat verib.

"Müəyyən edilib ki, silahlı döyüş hərbi dəstələri təşkil olunub. Onlar ölkədə sabitliyin pozulması istiqamətində əməliyyatlara başlamağı əmr edən işarə gözləyirlər. Dəstələr, əsasən, idmançı bədən quruluşuna malik gənclərdən təşkil olunub", - nazir məlumat verib.

Onun sözlərinə görə, silahlar - qumbaralar, tüfənglər, tapançalar paylanılıb. "Bizə o da məlumdur ki, Bişkekdə bugünkü mitinqin təşkilinə pul paylayan kriminal elementlər cəlb olunub", - o əlavə edib.

"Son məlumatlara görə, üç cinayət axtarışı əməkdaşına sui-qəsd olunub, onlardan biri ağır vəziyyətdədir. Onlardan üç ədəd döyüş silahı zorla alınıb", - K.Baybolov deyib.

Bununla yanaşı, o bildirib ki, Bişkekdə vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

"Hakimiyyətin zorla ələ keçirilməsində iştirak edənlərin hamısı və kriminal elementlər saxlanılacaqlar, çünki artıq cinayət tərkibi var. Biz təkcə paytaxtda deyil, digər regionlarda da vəziyyəti əlaqələndirir və izləyirik", - nazir qeyd edib.

Bu arada parlamentin binası qarşısındakı meydanda minə yaxın mitinq iştirakçısı qalmaqda davam edir.

Xəbər lenti

Xəbər lenti