Cümə axşamı baş vermiş qarşıdurma zamanı türk əsgəri və terrorçu Kürd İşçi Partiyasının (PKK) altı döyüşçüsü həlak olub. Məlumatı Press TV yayıb.
Türkiyə hərbi qulluqçusu Türkiyənin şərqində yerləşən Ağrı əyalətində döyüşçülərlə vuruşma zamanı həlak olub. Döyüşçülər digər bir əsgəri də yaralayaraq Diyarbəkir əyalətinin polis bölməsinə basqın ediblər.
Hakkari əyalətinin dağlıq rayonunda baş vermiş figər insident zamanı PKK-nın üç döyüşçüsü Türkiyənin təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı həlak olub.
Ölkənin şərqində yerləşən Van şəhərində isə qubernator ofisinin qarşısında atışma zamanı daha üç terrorçu ölüb, iki polis əməkdaşı yüngül xəsarət alıb.