Suriya Prezidenti Bəşər əl-Əsəd Almaniya Parlamentinin Xarici işlər komitəsinin rəhbəri Ruprext Polenzlə görüşündə Avropanı, o cümlədən, Berlini Yaxın Şərqdə daha fəal rol oynamağa çağırıb. Bu barədə Suriyanın SANA agentliyi məlumat verib.
Suriya Prezidenti regiondakı sülh prosesində irəliləyişə toxunaraq, bir daha Fələstin xalqının müstəqil dövlət qurmaq hüququnun saxlanılması nəzərə alınmaqla, regionda hərtərəfli və ədalətli sülhə nail olmağın zəruriliyini göstərib.
Sentyabrın 2-də Vaşinqtonda Fələstin Milli Muxtariyyətinin lideri Mahmud Abbasla İsrailin Baş naziri Benyamin Netanyahu birbaşa sülh danışıqlarının bərpa olunmasını rəsmən bəyan ediblər. Sülh prosesi, faktik olaraq, 2008-ci ildə dondurulub, 2010-cu ilin mayında isə ABŞ-ın vasitəçiliyi ilə bir sıra qapalı danışıqlar keçirilib. ABŞ Prezidenti Barak Obama, Baş nazir Benyamin Netanyahu və Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas arasında keçirilən üçtərəfli sammitdə Misir Prezidenti Hüsni Mübarək və ərəb dünyasında İsrail ilə diplomatik münasibətləri bərpa edən yeganə ölkə olan İordaniya Kralı II Abdullah iştirak edib.
Alman məmur Avropa İttifaqı ilə Suriya arasında əlaqələrin möhkəmləndirilməsi zərurətini bir daha təsdiqləyib və əlavə edib ki, Dəməşq əvvəlki kimi, Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin bərqərar olmasında əsas rol oynayır.