İran ilə Boliviyada atom elektrik stansiyasının tikintisi üzrə razılığın əldə olunmasına baxmayaraq, hər iki ölkənin nə uran hasilatı, nə də kəşfiyyat layihələri üzrə birgə planları yoxdur. Bu barədə bəzi KİV-lərdə onun ölkəsinin İran ilə birgə uran hasilatı üzrə planlar həyata keçirməyə başlaması barədə dərc olunan məlumatları təkzib edən Boliviyanın iqtisadiyyat naziri Luis Alberto Arse bildirib. Məlumatı bazar ertəsi "Sinxua" agentliyi yayıb.
"Uran hasilatına dair məsələ gündəmdə deyil və bu barədə heç bir saziş yoxdur", - o deyir.
Arsenin sözlərinə görə, Boliviyanın İran ilə yataqların işlənməsi haqqında saziş imzalamasına baxmayaraq, onlar uran istehsalı üzrə əlaqəli deyillər.
O, müxalifətdən olan bəzi siyasətçilərin, eləcə də KİV-in Boliviya-İran münasibətlərini bütün dünya üçün təhlükə kimi qələmə verməyə cəhd göstərməyindən təəssüfləndiyini bildirib.