...

Fransa Səkinə Məhəmmədi Aştianinin qarşıdakı edamından çox narahatdır – XİN rəhbəri

Dünya xəbərləri Materials 4 Noyabr 2010 14:11 (UTC +04:00)
Fransa İran vətəndaşı Səkinə Məhəmmədi Aştianinin qarşıdakı edamından çox narahatdır. Bu barədə Fransa XİN rəhbəri Bernar Kuşnerin İrandakı insan haqları ilə bağlı vəziyyətə dair bəyənatında deyilir.
Fransa Səkinə Məhəmmədi Aştianinin qarşıdakı edamından çox narahatdır – XİN rəhbəri

Fransa İran vətəndaşı Səkinə Məhəmmədi Aştianinin qarşıdakı edamından çox narahatdır. Bu barədə Fransa XİN rəhbəri Bernar Kuşnerin İrandakı insan haqları ilə bağlı vəziyyətə dair bəyənatında deyilir.

"Bu gün səhər İranın xarici işlər nazirinə (Mənuçöhr Müttəki) zəng etdim ki, öz narahatlığımı ifadə edim və bir daha İran hakimiyyətini edam cəzasını ləğv etməyə və əfv elan etməyə çağırım", - Kuşnerin bəyanatında bildirilir.

Məlumata görə, İranın xarici işlər naziri bəyan edib ki, ölkə məhkəməsi hələ Aştianinin işi ilə bağlı yekun qərar çıxarmayıb və edam barədə məlumat həqiqətə uyğun deyil.

"Mən həmkarıma Səkinənin oğlu və vəkilinin həbs olunması ilə bağlı dünya ictimaiyyətinin narazılığını da çatdırdım", - Kuşnerin bəyanatında deyilir.

Fransa xarici siyasət idarəsinin başçısı qeyd edib ki, onun ölkəsi və digər Avropa dövlətləri Aştianinin həyatının xilas edilməsi üzrə işləri davam etdirəcəklər.

"Mən İran hakimiyyətini beynəlxalq birliyin çağırışlarını dinləməyə və ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmət etməyə çağırıram", - Kuşner bəyan edib.

"Biz öz avropalı həmkarlarımızla əvvəlki kimi, İranda insan haqları ilə əlaqədar yaranmış vəziyyətə görə çox narahatıq. İran hakimiyyətini azadlığın əsas prinsiplərinə əməl etməyə, siyasi təqib və repressiyaları dayandırmağa çağırırıq", - bəyənatda deyilir.

İran məhkəməsi iki uşaq anası, 43 yaşlı Səkinə Məhəmmədi Aştianini ilk dəfə 2006-cı ildə ailə sədaqətini pozmaqda ittiham edib və ona 99 çubuq cəzası verilib. Hökmün yerinə yetirilməsinə baxmayaraq, 2007-ci ildə məhkəmə yenidən cinayət işini qaldırıb və Aştiani daşqalaq yolu ilə ölüm cəzasına məhkum edilib.

Bu ilin sentyabrında Aştiani cinayət törətdiyinə görə dar ağacından asılmaqla ölüm cəzasına məhkum edilib və İranın baş prokuroru Qulam Hüseyn Möhsani Eceyin sözlərinə görə, bu hökm sədaqətsizliyə görə çıxarılan hökmdən daha üstündür.

Xəbər lenti

Xəbər lenti