Həbs olunan amerikalılardan biri Sara Şurd (Sarah Shourd) ABŞ-dan İslam Respublikasına qayıtmasa da, onun məhkəməsi keçiriləcək. Bu barədə Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib. Xəbəri ILNA yayıb.
Şurd sentybarda səhhəti ilə əlaqədar İran İnqilab Məhkəməsi tərəfindən zaminə buraxılıb.
Sara Şurd Coş Fattal və Şeyn Bauerlə birgə 2009 -cu il iyulun 31-də İran ərazisinə qanunsuz daxil olduqdan sonra həbs olunub.