...

İran parlamenti Əli Əkbər Salehinin xarici işlər naziri vəzifəsinə namizədliyini dəstəkləyib

Dünya xəbərləri Materials 30 Yanvar 2011 19:52 (UTC +04:00)
İran Məclisi (parlament) bazar günü Əli Əkbər Salehinin xarici işlər naziri vəzifəsinə namizədliyini dəstəkləyib. Trend-in məlumatına görə bu barədə İRNA agentliyi xəbər yayıb.
İran parlamenti Əli Əkbər Salehinin xarici işlər naziri vəzifəsinə namizədliyini dəstəkləyib

İran Məclisi (parlament) bazar günü Əli Əkbər Salehinin xarici işlər naziri vəzifəsinə namizədliyini dəstəkləyib. Trend-in məlumatına görə bu barədə İRNA agentliyi xəbər yayıb.

Parlamentdə keçirilən səsvermə zamanı 146 deputat onun lehinə, 60 isə əleyhinə səs verib. 35 deputat bitərəf qalıb.

İran Prezidenti yanvarın 23-də Əli Əkbər Salehinin XİN rəhbəri vəzifəsinə namizədliyini Parlamentə təqdim edib.

Bir ay bundan əvvəl İran Prezidenti Mahmud Əhmədinejad Mənuçöhr Müttəkini XİN rəhbəri vəzifəsindən uzaqlaşdırıb, onun səlahiyyətlərini müvəqqəti olaraq Salehiyə tapşırıb.

Salehi İraqda doğulsa da, İranda yaşayıb, Beyrut və ABŞ-da təhsil alıb. O, Ərəb və İnglis dilləri ilə tanışdır.

Əli Əkbər Salehi sabiq prezident Məhəmməd Xatəminin dövründə İranın Beynəlxalq Atom Enerjisi Agentliyində rəsmi səfiri vəzifəsində çalışıb. 2009-cu ilin iyun ayından etibarən, İranın Atom Enerji Təşkilatına rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti