...

Əhmədinejad Salehini rəsmən xarici işlər naziri təyin edib

Dünya xəbərləri Materials 7 Fevral 2011 17:44 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinajad Əli Əkbər Salehini rəsmi şəkildə xarici işlər naziri vəzifəsinə təyin edib. Bu barədə Trend İran prezidentinin rəsmi xəbər saytı president.ir-ə istinadən məlumat verir.
Əhmədinejad Salehini rəsmən xarici işlər naziri təyin edib

İran Prezidenti Mahmud Əhmədinajad Əli Əkbər Salehini rəsmi şəkildə xarici işlər naziri vəzifəsinə təyin edib. Bu barədə Trend İran prezidentinin rəsmi xəbər saytı president.ir-ə istinadən məlumat verir.

İran Məclisi yanvarın 30-da Əli Əkbər Salehinin xarici işlər naziri vəzifəsinə namizədliyini dəstəkləyib. Parlamentdə keçirilən səsvermə zamanı 146 deputat onun lehinə, 60-ı isə əleyhinə səs verib. 35 deputat bitərəf qalıb.

İran Prezidenti yanvarın 23-də Əli Əkbər Salehinin XİN rəhbəri vəzifəsinə namizədliyini Parlamentə təqdim edib.

Bir ay bundan əvvəl İran Prezidenti Mahmud Əhmədinejad Mənuçöhr Müttəkini XİN rəhbəri vəzifəsindən uzaqlaşdırıb, onun səlahiyyətlərini müvəqqəti olaraq Salehiyə tapşırıb.

Salehi İraqda doğulsa da, İranda yaşayıb, Beyrut və ABŞ-da təhsil alıb. O, ərəb və İnglis dilləri ilə tanışdır.

Əli Əkbər Salehi sabiq prezident Məhəmməd Xatəminin dövründə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki rəsmi səfiri vəzifəsində çalışıb. 2009-cu ilin iyun ayından etibarən İranın Atom Enerjisi Təşkilatına rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti