Azərbaycan, Bakı, 6 may /Trend/
Bu gün səhər İranın Mazandaran əyalətinin Sari şəhərində 2 nəfər edam olunub. Bu barədə Trend İranın MEHR xəbər agentlyinə istinadən məlumat verir.
Məlumata əsasən, Sari şəhər prokurorluğundan bildirilib ki, həmin şəxslər narkotik alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar.
Beynəlxalq KİV-in məlumatına əsasən, 2011-ci ilin əvvəlindən indiyədək İranda narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə 80 nəfərə yaxın şəxs edam olunub.
BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalardan daha çoxdur.