...

Buşəhr AES-in təhlükəsizliyi Rusiya üçün böyük əhəmiyyət daşıyır

Dünya xəbərləri Materials 18 May 2011 16:15 (UTC +04:00)
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun yaxın gələcəkdə Buşəhr nüvə stansiyasının açılışı ilə bağlı bəyanatı bu stansiyanın təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib.
Buşəhr AES-in təhlükəsizliyi Rusiya üçün böyük əhəmiyyət daşıyır

Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun yaxın gələcəkdə Buşəhr nüvə stansiyasının açılışı ilə bağlı bəyanatı bu stansiyanın təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib.

Ryabkov bildirib ki, Buşəhr AES-in yanacaq doldurmaq prosesi başa çatıb və yaxın həftələrdə stansiya işə başlayacaq. 1000 meqavatlıq Buşəhr İranın ilk və yeganə nüvə stansiyasıdır. Onun tikintisi Almanya tərəfindən 1970-ci illərin əvvəlində başlayıb. Sonradan isə dayandırılaraq 1995-ci ildə Rusiyaya həvalə olunub.

İranın xarici işlər naziri Əli Əkbər Salehi mayın 17-də bildirib ki, Buşəhr AES-in təhlükəsizliyi İran üçün əsas prioritetdir.

Stansiyanın işə başlaması Əhmədinejad hakimiyyətinin prioriteti olan nüvə proqramında növbəti uğur hesab olunur və İran çalışır ki, 10 ildən çox müddət ərzində Rusiya tərəfindən təxirə salınmış bu stansiya olduqca tez işə salınsın.

Lakin nəzərə almaq lazımdır ki, "Staxnet" virusunun İranın nüvə obyektlərindəki kompüterlərə hücumunun qarşısının tamamilə alınması elan olunmayıb, reaktordakı soyuducu kapsolların biri iki ay bundan əvvəl partlayıb və bu hadisə nəticəsində bir dəfə reaktordakı yanacaq çıxardılıb və yenidən doldurulub. Həmçinin, stansiyanın binası köhnəlib.

Digər tərəfdən, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvu olsa da, bu agentliyin Nüvə Təhlükəsizliyi Konvensiyasını (CNS) imzalamayıb.

Bütün bunları nəzərə alsaq, Buşəhr stansiyasının təhlükəsizliyi Rusiya üçün çox önəmlidir, çünki bu ölkənin nüvə reaktorunun inşası sahəsində dünya bazarında böyük imicə ehtiyacı var və Buşəhrdə hansısa bir problemin yaranması Rusiyanın bu bazarda imicini tamamilə poza bilər.

Digər tərəfdən, Rusiya öhdəlik götürüb ki, 2 il müddətində Buşəhr stansiyasının fəaliyyətini özü həyata keçirsin və tədricən stansiyanın işini İranın nüvə alimlərinə tapşırsın. Hazırda Rusiyanın nüvə sahəsində 3000 işçisi Buşəhrdə fəaliyyət göstərir.

Hər halda iki ölkə arasında 1995-ci ildə Buşəhr AES ilə bağlı imzalanmış müqavilədə tərəflər arasında yaranacaq ixtilaflar və problemlərin həlli üçün etibarlı subyekt qeyd olunmayıb. Beləliklə, problem yarandığı zaman hüquqi baxımdan İran Rusiyaya heç bir təzyiq göstərə bilməz və iki ölkə arasında problemlər yalnız danışıq vasitəsilə həll oluna bilər.

Xəbər lenti

Xəbər lenti