Azərbaycan, Bakı, 21 may /Trend/
İran Prezidenti Administrasiyasının rəhbəri Həmid Bəqayi İnzibati Ədalət Məhkəməsinin qərarı ilə dörd il ərzində dövlət strukturlarında işləməkdən məhrum edilib. Bu barədə Trend İranın asriran.com saytına istinadən məlumat verir.
Bu gün keçirdiyi mətbuat konfransında məlumatı Bəqayi özü də təsdiq edib.
Həmid Bəqayi aprel ayında Prezident Mahmud Əhmədinejadın sərəncamı ilə prezidentin icraçı məsələlər üzrə müavini və Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmuşdı. O, bundan əvvəl İranın Mədəni İrs və Turizm Təşkilatının sədri vəzifəsində çalışıb.
Məlumata əsasən, İranın İnzibati Ədalət Məhkəməsi Bəqayini Mədəni İrs və Turizm Təşkilatının sədri vəzifəsində çalışdığı dövrdə "çoxsaylı qanun pozuntuları"na yol verdiyi üçün 4 il ərzində dövlət strukturlarında işləməkdən məhrum edib.