...

İran müxalifəti mitinqə hazırlaşır

Dünya xəbərləri Materials 10 İyun 2011 18:00 (UTC +04:00)
İran müxalifəti 2009-cu il iyunun 12-də keçirilən seçkilərin ikinci ildönümü münasibətilə bazar günü mitinq keçirəcək.
İran müxalifəti mitinqə hazırlaşır

Azərbaycan, Bakı, 10 iyun /Trend/

İran müxalifəti 2009-cu il iyunun 12-də keçirilən seçkilərin ikinci ildönümü münasibətilə bazar günü mitinq keçirəcək. İranın İslahatçılar düşərgəsinin gəncləri bəyanat yayaraq əhalini "Sükut" mitinqində aktiv iştirak etməyə çağırıb. Bu barədə Trend İranın müxalifət saytı kaleme.com-a istinadən məlumat verir.

İranda 2009-cu il iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz ediblər. İslahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkilərdə geniş saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları, müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib. Yüzlərlə siyasi fəal həbs olunub və onlarla vətəndaş həlak olub.

"2009-cu ildə keçirilən seçkilərin ikinci ildönümü münasibətilə biz əl-ələ verib küçələrə çıxacağıq. Öz əhdimizi həbsdə olan dostlarımız və Yaşıl Hərəkatın başçıları ilə yeniləyəcəyik", - bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti